ГлавнаяРегистрацияВход Xoş Gəlmisiniz! Воскресенье, 28.04.2024, 03:38
  Приветствую Вас Гость | RSS

 
 Главная » 2011 » Июль » 26 » Zodiak-1
Zodiak-1
15:43
Bürclər və xarakterləri


21 mart -20 aprel - Qoç Bürcü

Ünsürləri od, rəmzləri qoyun, rəngləri qırmızı, himayəçi planeti Marsdır.
Aparıcı motivləri birincilik uğrunda mübarizə, rəmzi - görkəmi ilə insan başına uyğun gəlir...

Müsbət xüsusiyyətləri - enerjili, mətin, müstəqil, qabaqda gedən, güclüdür.
Mənfi xüsusiyyətləri - çılğın, tərs, özbaşına, özünəvurğun, nəyin bahasına olursa-olsun birinciliyə can atan və kobuddur.


22 aprel - 20 may - Buğa Bürcü

Ünsürləri torpaq, rəmzləri öküz, rəngləri mavi və al rənglər, himayəçi planeti Zöhrədir.
Aparıcı motivləri qurmaq və qorumaq, rəmzi - görkəmi ilə insan boyun və boğazını təsəvvürə gətirir...

Müsbət xüsusiyyətləri - mətin, şən, dəyişməz, sədaqətli, musiqi və incəsənət pərəstişkarı, düşüncəli, əməksevər, müstəqil və təmkinlidir.
Mənfi xüsusiyyətləri - zənginlik düşkünü və kef-damaq hərisi, inadcıl və ətalətlidir.


21 may - 21 iyun - Əkizlər Bürcü

Ünsürü hava, rəmzi əkizlər, rəngi sarı, himayəçi planeti Merkuri
Aparıcı motivi ixtiraçılıq və ünsiyyətdə olmaq, rəmzi görkəmi ilə insanın çiyinlərini, əllərini və ciyərlərini təsəvvürə gətirir.

Müsbət xüsusiyyətləri -dərrakəlidir, istedadlıdır, deyilən tez anlayır və əlbəəl reaksiya verir, eyni vaxtda bir neçə işlə məşğul ola bilir, ürəyiaçıqdır.
Mənfi xüsusiyyətləri - özbaşına, narahat, əsəbi, eyni vaxtda başladığı bir neçə işin hamısını ata bilər.


22 iyun - 22 iyul - Xərçəng Bürcü

Ünsürü -su, rəmzi - xərçəng, rəngi - bənövşəyi, himayəçi planeti - Ay
Aparıcı motivi qabaqdan xəbər vermə və tərbiyə işi, rəmzi görkəmi insan dişlərinə və sinəsinə uyğun gəlir.

Müsbət xüsusiyyətləri - məsuliyyətli, ailəcanlı, müstəqil, qayğıkeş, diqqətli, ehtiyatlı, təvazökar və nəzakətlidir.
Mənfi xüsusiyyətləri - şöhrətpərəst, hır şeydən şübhələnən, tənha, xəsis, qorxaq, acıdil və küsəyəndir.


23 iyul - 22 avqust - Şir Bürcü

Ünsürü - od, rəmzi - şir, rəngi - narıncı, himayəçi planeti - Günəş
Aparıcı motivi - hökmranlıq və yenilməzlik, rəmzi görünüşü insan qəlbinə uyğun gəlir

Müsbət xüsusiyyətləri - məğrur, ləyaqətli, qəln=biaçıq, xeyirxah, əliaçıq, qonaqpərvər, məsuliyyətli və ciddidir.
Mənfi xüsusiyyətləri - şöhrətpərəst, yeri oldu-olmadı özünə qarşı ehtiram tələb edən, şıltaq, xırdaçı, xudbin, israfçı və səthidir.


23 avqust - 22 sentyabr - Qız Bürcü

Ünsürü - torpaq, rəmzi - qız, rəngi - boz, yaxud dəniz dalğası rəngdə, himayəçi planeti - Merkuri
Aparıcı motivi - kamilləşmə, rəmzi görkəmi ilə insan bağırsaqlarını və günəş şüalarını təvvürə gətirir.

Müsbət xüsusiyyətləri - Mülayim, həssa, işğüzar, fədakar, məsuliyyətli və ağıllıdır. 
Mənfi xüsusiyyətləri - məhdud, xırdaçı, vasvası və narahatdır.


23 sentyabr - 22 oktyabr - Tərəzi Bürcü

Ünsürü -hava, rəmzi - tərəzi, rəngi - bənövşəyi, himayəçi planeti - Zöhrə
Aparıcı motivi - ədalətli mühakimə yürütmək və kamilləşmək, rəmzi gökəmi ilə böyrəkləri və kürəyi təsəvvürə gətirir.

Müsbət xüsusiyyətləri - suyuşirin, zərif, gözəlzövqlü, qəlbiaçıq,nəzakətli və səbrlidir. 
Mənfi xüsusiyyətləri - cəsarətsizdir, nəyəsə üstülük verməkdə əziyyət çəkir, tənhalığa tab gətirə bilmir, öyüd-nəsihət verməyi sevir, əhval-ruhiyyəsi gözlənilmədən dəyişir.


23 oktyabr - 21 noyabr - Əqrəb Bürcü

Ünsürü - su, rəmzi - əqrəb, rəngi - tünd qırmız, himayəçi planeti - Pluton
Aparıcı motivi - idarəetmə və nəzarət

Müsbət xüsusiyyətləri - təmkinli və ehtiraslı, müüstəqil, mübariz və dərin intuisiyalı
Mənfi xüsusiyyətləri - xudbindir, hökmranlığa meyllidir, özbaşına, amansız və qapalıdır.


22 noyabr - 21 dekabr - Oxatan Bürcü

Ünsürü - od, rəmzi - kentavr, rəngi - mavi, himayəçi planeti - Yupiter
Aparıcı motivi - məsləhət və rəhbərlik, rəmzi görkəmi ilə insanın qanını təsəvvürə gətirir. 

Müsbət xüsusiyyətləri - fəal, sərbəst, səmimi, şən. Qəlbitəmiz, dostcanlı və ədalətlidir.
Mənfi xüsusiyyətləri - səbrsiz, sözü bir başa deyən, hər şeyə burnunu soxan, kayküy salan, düşüncəsiz hərəkət edən, yeri oldu-olmadı, əmr və sərəncamlar verməyi sevəndir.


22 dekabr - 19 yanvar - Oğlaq Bürcü

Ünsürü - torpaq, rəmzi - dağ keçisi, rəngi - yaşıl, himayəçi planeti - Saturn
Aparıcı motivi - qarşıya qoyduğu məqsədə doğru addım-addım irəliləmək, rəmzi görkəmi ilə insan dizlərini təsəvvürə gətirir.

Müsbət xüsusiyyətləri - tədbirli, əməksevər, məsuliyyətli, çətinlikdən qorxmayan, hökmranlığa da, tabeçiliyə də uyğunlaşandır.
Mənfi xüsusiyyətləri - məhdud, mühafizəkar, simic, bədgüman, adamayovuşmaz və xudbindir. 


20 yanvar - 18 fevral - Dolça Bürcü

Ünsürü -hava, rəmzi - dolça, rəngi - mavinin müxtəlif çalarları, himayəçi planeti - Uran
Aparıcı motivi - həqiqəti axtarmaq, rəmzi görkəmi ilə insan baldırlarını və topuğunu təsəvvürə gətirir.

Müsbət xüsusiyyətləri - müstəqil, qəlbiaçıq, vəfalı, mövhumatdan uzaq, həqiqətpərəst, sarsılmaz və humanistdir.
Menfi xüsusiyyetleri - xudbin, nezaketsiz, boşboğaz, mütereddid ve mesuliyyetsizdir.


19 fevral - 20 mart - Balıqlar Bürcü

Ünsürü - su, remzi - bir-birne qarşı üzen iki balıq, rengi -deniz dalğasının rengi, himayeçi planeti - Neptun
Aparıcı motivi - tesviretme, remzi görkemi ile insanın dabanını tesevvüre getirir.

Müsbet xüsusiyyetleri - zirek, mülayim, emosional ve hessas, dindar, xeyirxah ve qayğıkeşdir.
Menfi xüsusiyyetleri - mütereddid, birterefli, bedbin, xeyalperest ve tez-tez yad tesir altına düşendir.
Просмотров: 2274 | Добавил: nih | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
 
 
Форма входа

Календарь новостей
«  Июль 2011  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Наш опрос
Hacker sozunun menasi nedir? Tapana admin olmaq vedi verilir.
Всего ответов: 65

Поиск

Друзья сайта

Статистика
 

Copyright MyCorp © 2024